1 Yanvar 2016 15:45
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın hücumçusu Kriştiano Ronaldo ünvanına yönələn tənqidlərə cavab verib.

İspaniyanın “Mundo Deportivo” qəzetinə müsahibəsində o bildirib:

“İnsan onun barəsində başqalarının nə düşünməsi ilə yaşamamalıdır. Elə adamlar var, mənə nifrət edir, fikirləşir ki, yəkəxanayam. Bu, mənim uğurumun bir hissədir. Mənim vicdanım təmizdir, rahat yatıram”.

Ronaldo bildirib ki, ata olandan sonra onun dünyaya baxışı çox dəyişib: “İnsanlara kömək edəndə özümü yaxşı hiss edirəm. Təzyiqlərə tab gətirə bilərəm. Çünki çətin həyatım olub. Mən bu səviyyəyə ailəmdən kənarda, əzab-əziyyətlə keçirdiyim günlərin hesabına gəlmişəm. 11 yaşımda paltarımı özüm yuyur, özüm ütüləyirdim”.

Ronaldo daha sonra deyib: “Futbolçu karyeramı başa vurduqdan sonra krallar kimi yaşamaq, həyatdan istədiyim həzzi almaq istəyirəm”./Qol.Az


Müəllif: