11 Yanvar 2016 23:15
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə kubokunun qrup mərhələsində "Giresunspor"a 2:0 hesabı ilə qalib gələn "Fənərbaxça" itki ilə üzləşib.

Komandanın müdafiəçisi Abdoulaye Ba zədələnib.

Matçın ilk hissəsində sağ ayağında ağrı hiss edən seneqallı futbolçu fasilədə əvəzlənib. Bu gün tibbi müayinədən keçən 25 yaşlı oyunçunun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Qeyd edək ki, mövsümün əvvəlində "Portu"dan transfer olunan Ba "Fənərbaxça"nın heyətində 12 oyun keçirib.


Müəllif: