“Atletiko” və İspaniya miillisinin hücumçusu Dieqo Kosta Madrid klubundan ayrılacağını təsdiqləyib.
Bu haqda 25 yaşlı hücumçu özü goal.com saytına bildirib.
Dünən İspaniya millisinin heyətində Sloveniya qarşı start heyətində oynadığı maçtdan (2:0) sonra açıqlama verən Dieqo Kosta bundan sonra karyerasını Londonun “Çelsi” klubunda davam etdirəcəyini söyləyib. “Soruşursunuz ki, “Çelsi”yə keçəcəyəmmi? Bəli, elə görsənir” – deyə o vurğulayıb.
Qeyd edək ki, Kostanın transferinə görə London klubunun “Atletiko”ya 40 milyon avro təzminat ödəyəcəyi, futbolçunun özünün isə İngiltərədə İspaniyadan üç dəfə artıq qazanacağı bildirilir./qol.az/