29 Yanvar 2016 22:14
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ”nin məşqçilər heyəti bir müddətdir komandada baxışda olan millimizin futbolçusu Pavel Paşayevlə bağlı qərarını verib.

Klubdan Teleqraf.com-a verilən məlumata görə, 28 yaşlı futbolçu Roman Qriqorçukun etimadını doğruldub.

Onunla 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, P.Paşayev ötən ildən millimizə dəvət alır. Ukraynanın U-17, U-19, U-21 və A millisində forma geyən müdafiəçi yığmamızda 1 rəsmi oyunda meydana çıxıb. O, son olaraq Ukraynanın “Metallurq” (Zaporojye) klubunda çıxış edib.


Müəllif: