3 Fevral 2016 20:31
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada 2017-ci ildə keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunun təqdimatı keçirilib.

"Report"un məlumatına görə, tədbir turnirə 500 gün qalmış baş tutub.

Kubokda Rusiya mədəniyyəti və folklorunun əlamətləri əksini tapıb. Emblem Konfederasiyalar Kubokunun dizaynını xatırladır. Dizaynın mərkəzində sanki kuboku canlandıran mifik varlıq - səməndər quşu yer alıb.

Qeyd edək ki, Konfederasiyalar Kubokunun oyunları 2017-ci il iyunun 17-dən iyulun 2-dək Kazan, Moskva, Soçi və Sankt-Peterburqda keçiriləcək.


Müəllif: