14 Fevral 2016 14:10
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Borussiya" (Dortmund) klubunun hücumçusu Pyer-Emerik Obameyanq mövsümün sonunda komandadan ayrıla bilər.


Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, qabonlu futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Cari mövsüm hücum xəttində problemlər yaşayan "qırmızı-şeytanlar" yayda Obameyanqı transfer etməyi planlaşdırır. Mançester təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün 70 milyon funt-sterlinqindən keçməyə hazırdır.

Qeyd edək ki, cari mövsüm "Borussiya"nın heyətində 31 oyun keçirən Obameyanq 30 qol vurub və 4 məhsuldar ötürmə verib.


Müəllif: