18 Fevral 2016 23:52
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnter” titul sponsoru “Pirelli”ylə əməkdaşlığı davam etdirəcək.

“Göy-qaralar” 20 ildi əməkdaşlıq etdiyi məşhur təkər istehsalçısıyla müqavilə müddətini daha 5 il uzadıb. Müqaviləyə əsasən, “neradzurra” formasında “Pirelli”nin reklamını daşıdığına görə, ilə 10 milyon, ümumilikdə isə 50 milyon avro qazanacaq.

Maliyyə feyr-pley qaydalarına riayət etmədiyi üçün UEFA tərəfindən xəbərdarlıq alan “İnter”in ümumi borcunun 400 milyon avro olduğu deyilir. Klubun sahibi Erik Tohir borcun bir hissəsindən “Pirelli”dən alınacaq 50 milyon avroyla xilas olmaq niyyətindədi.


Müəllif:

Oxşar xəbərlər