Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir.
Trend-in məlumatına görə, “Fənərbağça” İstanbulda Portuqaliyanın “Braqa” klubunu qəbul edib. 82-ci dəqiqədə Mehmet Topal Türkiyə təmsilçisinin qələbə qolunu vurub – 1:0.
Dortmundda “Borussiya”nın qonağı olan “Tottenhem” almanların qarşısında aciz qalıb – 3:0.
“Şaxtyor” da “Anderlext”in qapısından 3 top keçirib – 3:1. “Bazel” - “Sevilya” matçında isə qapılar toxunulmaz qalıb (0:0).