13 Aprel 2016 00:58
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın futbolçusu Neymar dünyanın ən yüksək ödənişli futbolçusu ola bilər.

Kataloniya təmsilçisi ilə müqavilə yeniləyəcəyi gözlənilən braziliyalı futbolçu klubdan illik gəlirinin artırılmasını tələb edir.

Hazırda "Barsa"da ilinə 9,18 milyon avro qazanan 24 yaşlı futbolçu bununla kifayətlənmək niyyətində deyil. Madrid "Real"ı, PSJ və "Mançester Siti" kimi klubların transfer hədəfində olan Neymar "Barselona"dakı maaşının 5 dəfə çox, 9 milyondan 45 milyon avroya qədər artırılmasını istəyir. Bunun gerçəkləşəcəyi təqdirdə Neymar dünyanın ən yüksək ödənişli futbolçusu olacaq.

Avropanın digər aparıcı klublarının maraq dairəsində olan futbolçunu itirmək təhlükəsi ilə üzləşən "Barselona" onun tələbini yerinə yetirmək məcburiyyəti qarşısında qalıb. Lakin məhdud büdcə ilə iyula qədər Neymarla müqavilə yeniləməyin mümkünsüz olduğu bildirilir. Kataloniya təmsilçisi yayda bir neçə yeni sponsorla anlaşaraq büdcəsini genişləndirməyi və Neymarı komandada saxlamağı planlaşdırır.

Qeyd edək ki, komandanın digər futbolçusu Lionel Messinin yeni mövsümdən "Barselona"da ilinə 42 milyon avro qazanacağı iddia olunur.


Müəllif:

Oxşar xəbərlər