“Neftin qiyməti 2016-ci ilin sonuna kimi 50-60 dollar/barrel arasında olacaq”.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri BP-nin baş icraçı direktoru Robert Dadli deyib.
İcraçı direktorun sözlərinə görə, Çin, Şimali Amerika və Avropada artan neft tələbatı bu il qlobal neft bazarlarında tələb-təklif tarazlığının bərpa edilməsinə səbəb olacaq: “Bu tarazlığın ilin ikinci yarısında da davam edəcəyini gözləyirik”.
Robert Dadli əlavə edib ki, neftin qiymətinin 100 dollar olmasına ümid var: “Biz tez bir zamanda neftin qiymətinin 100 dollara qayıtmasına ümid edirik”.
İlhamə ƏBÜLFƏT