Bu ilin birinci yarısının sonuna BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 min 903 nəfər olub.
Şirkətdən Teleqraf.com-a verilən məlumata görə, müddətli müqavilə əsasında işləyən işçilər də buraya daxildir.
Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85 faizini yerli mütəxəssislər təşkil edir, onların çoxu rəhbər vəzifələrdədir. Şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.
BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100 faizi yerli vətəndaşlardan ibarətdir.