9 Sentyabr 2016 10:33
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbyacan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) daxili borclanmaya gedir.

Şirkətdən Teleqraf.com-a verilən məlumata görə, layihələrini maliyyələşdirmək şirkət ölkə vətəndaşları üçün istiqrazlar buraxacaq. Bunun həm də vətəndaşlar üçün yeni investisiya imkanı olduğu bildirilir.

SOCAR-ın istiqrazları dollarla buraxılacaq, sahibinə illik 5 faiz gəlir gətirəcək.

İstiqrazlara SOCAR özü zəmanət verəcək, bu kağızlar asanlıqla alınıb-satıla biləcək. İstiqrazlardan gələn faiz gəlirlərini 3 aydan bir götürmək mümkün olacaq, gəlirlər vergidən azad ediləcək.

İstiqrazlar kütləvi təkliflə Bakı Fond Birjasında yerləşdiriləcək, fiziki və hüquqi şəxslər investisiya şirkətlərinə sifariş verərək ala biləcəklər. Eləcə də istiqrazları ASAN Xidmət mərkəzləri, banklar, investisiya şirkətləri və bank olmayan kredit təşkilatlarından da almaq mümkün olacaq.

Prosesə Beynəlxalq Bank, Rabitəbank, Kapitalbank, Xalqbank, eləcə də "İnvestAz" şirkəti, "PSG kapital", "PAŞA Kapital", "Azfinans" şirkətləri cəlb olunub.


Müəllif:

Oxşar xəbərlər