3 Oktyabr 2016 10:43
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 1 noyabr tarixinə yeni hərrac elan edib.

Teleqraf.com-un məlumatına görə, bu dəfəki hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb.

Hərraca çıxarılan dövlət əmlaklarının 23-ü özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar paytaxt Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhəri, habelə Neftçala, Astara, Abşeron, Yevlax, Xaçmaz, Kürdəmir və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, xidmət, sənaye, emal və digər sahələri əhatə edir.

Bu müəssisələr sırasında “Astara Çay-3”, “Lənkəran Broyler”, “Masazır Quşçuluq”, “Tovuz Məişət”, “Yevlax Yun”, “Zabrat Tikinti Quraşdırma” və digər səhmdar cəmiyyətləri var.

Həmçinin hərraca 62 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında, habelə Şəki, Ağsu, Hacıqabul, Salyan, Balakən, İsmayıllı və digər rayonlarda yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri vardır.

Eyni zamanda hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 16 nəqliyyat vasitəsi də yer alıb.


Müəllif:

Oxşar xəbərlər