Tarlalarda dənli və dənli paxlalıların yığımı başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu bardə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Oktyabrın 1-i vəziyyətinə əsasən dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,8 faizi, yaxud 959,6 min hektarı biçilib, həmin sahələrdən 2 milyon 836,3 min ton taxıl məhsulu götürülüb. Hər hektardan orta hesabla 29,6 sentner məhsul yığılıb.
Yığılacaq dən üçün qarğıdalı sahəsinin 82,2 faizindən, yaxud 29,6 min hektarından 174,5 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 59 sentner qarğıdalı dəni götürülüb.
Qarğıdalı dəni nəzərə alınmaqla taxıl istehsalının ümumi həcmi keçən ilə nisbətən 2,0 faiz və yaxud 60,1 min ton artaraq 3 milyon 10,8 min tona çatıb.