8 Noyabr 2016 21:51
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycanda topdansatış və pərakəndə satış bazarları açmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin nümayəndəsi Xaliq Məmmədov bildirib.

X.Məmmədov deyib: “Əsasnaməmiz bizə topdan və pərakəndə satış bazarlarını yaratmağa icazə verir. Biz bu imkandan istifadə edərək iri şəhərlərdə bazarlar açmaq və əhaliyə daha ucuz qiymətə məhsul təqdim etməyi planlaşdırırıq. Bu, əsasən mövsümi və tez xarab olan məhsullara aiddir”.

X.Məmmədov bu cür bazarların təşkil olunmasında Kənd Təsərrüfatı Nazirliyinin təcrübəsindən yararlanacaqlarını qeyd edib.


Müəllif:

Oxşar xəbərlər