23 Fevral 2017 14:04
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə iş adamları tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyulması üçün bundan sonra da hər cür şərait yaradılacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 23-də Bakıda keçirilən Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes-forumunda deyib.

Nazir qeyd edib ki, türkiyəli sahibkarların ölkəmizdə daha çox emal sənayesinə investisiya yatırmasına ehtiyac var.

Toxumçuluq, baramaçılıq və digər sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf etdirilməsinin nəzərdə tutulduğunu deyən Heydər Əsədov bildirib ki, respublikamızda aqrar sahədə vergilər aradan qaldırılıb. Bu, Azərbaycan dövlətinin kənd təsərrüfatının inkişafına dəstəyinin bariz göstəricisidir.

Forumda Azərbaycan və Türkiyədən 200-dək iş adamı iştirak edir.


Müəllif:

Oxşar xəbərlər