Bu ilin yanvar ayında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 3,1 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,4 dəfə çox istehlak məhsulları satılıb.
Teleqraf.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni ayına nisbətən müqayisəli qiymətlərlə 1,3% artaraq 2,6 mlrd. manat olub. Hesabat ayında pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla 265,7 manatlıq və ya 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 31,8 manat çox əmtəə alıb