18 Mart 2017 01:51
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar-fevral aylarında Azərbaycanda 54 min ton polad əridilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azdır.

Həmin poladın əsas hissələrindən (84 faiz) tikinti armaturu istehsalında istifadə edilib.

Teleqraf.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatında belə yazılır.

Bu ilin 2 ayında ümumilikdə 45,3 min ton armatur istehsal edilib. Bu, da ötən ilin analoji dövründən 71,7 faiz çoxdur. Ancaq martın 1-i armaturun üçdə biri (13,7 min ton) anbarlarda yığılıb, qalıb.

Qara metalların ixracında durum ürəkaçıcı deyil.

Hesabat dövründə 14,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib. Bu, ötən eyni dövründən 68 faiz azdır. İxrac (qiymət ifadəsində 13,5 milyon dollar) 37,2 faiz azalıb.

Yanvar-fevral aylarında ümumi qızıl hasilatı isə 181,2 kiloqram təşkil edib. Bu göstərici ötən ilin uyğun dövrü ilə müqayisədə 32 faiz azdır.


Müəllif:

Oxşar xəbərlər