Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 50,53 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar azalaraq 53,40 dollar olub.