18 May 2017 21:39
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 53,14 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,25 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 52,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 17-də 49,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 17-də 51,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər