10 İyul 2017 15:49
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramının seçim turlarından uğurla keçən gənclər şirkətin Satış və Marketinq şöbələrində təcrübə keçməyə başlayırlar.

Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda, karyera planlaşdırılması, biznes etikası, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edəcəklər. Bakcell şirkəti 2 ay ərzində təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün onlara müvafiq təqaüd ödəyəcək. Təcrübə proqramı başa çatdıqda isə bütün iştirakçılar qiymətləndiriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təmin olunacaqlar.

Qeyd etmək lazımdır ki, bu il “Smart Start” proqramına maraq göstərən 1000-dən artıq gənc proqramda iştirak etmək üçün müraciət formasını təqdim edib. Onlardan 188 nəfər birinci seçim mərhələsindən keçərək şirkətin Kadrlar şöbəsi tərəfindən müsahibələrə dəvət olunub və bu mərhələni keçən 42 namizəd şirkətin Satış və Marketinq şöbələrində çalışan faktiki təcrübə rəhbərlərinin iştirakı ilə keçirilən müsahibələrdə iştirak ediblər. Təcrübə proqramında iştirak hüququnu isə yalnız 8 gənc qazana bilib.

Tələbə və məzunlar üçün nəzərdə tutulmuş bu proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, onların praktiki biliklərini artırmaq və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Qeyd edək ki, hal-hazırda “Smart Start” təcrübə proqramının məzunlarından 12 nəfəri artıq Bakcell şirkətinin müxtəlif şöbələrində işlə təmin olunub, digər məzunlar isə şirkətdə yeni yaranan vakansiyalara potensial namizəddirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər