2017-ci illə müqayisədə 2018-ci ilin dövlət büdcəsi layihəsində dotasiyanın ayrılmasında 12 şəhər və rayon üzrə artım, 19 şəhər və rayon üzrə isə azalma nəzərdə tutulur.
Modern.az-ın məlumatına görə, bu barədə, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinin xülasəsində qeyd edilib.
Əsas artımlar Füzuli rayonu üzrə 450 min manat və 17,9 %, Gədəbəy rayonu üzrə 263 min manat və ya 6,8 %, Samux rayonu üzrə 136 min manat və ya 7,4 %, Laçın rayonu üzrə 136 min manat və ya 3,7%,-dir.
Əsas azalmalar isə Kəlbəcər rayonu üzrə 583 min manat və ya 21,5 %, Cəbrayıl rayonu üzrə 292 min manat və ya 17,6 %, Tovuz rayonu üzrə 276 min manat və ya 9,3 %, Ağstafa rayonu üzə 191 min manat və ya 6,4 % nəzərdə tutulur.