BMT Baş Assambleyası bu gün qurumun 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib.
Teleqraf.com xəbər verir ki, BMT-nin qeyd olunan dövr üçün budcəsi 5,39 milyard dollar təşkil edir. Bu göstərici əvvəlki ikiillik büdcə ilə müqaisədə 166 milyon dollar azdır.
Büdcənin azaldılmasının əsas tərəfdarı ABŞ olub - ştatlar büdcəni 250 milyon dollar azaltmaq istəyib. ABŞ BMT-nin Fələstində, Liviya və Əfqanıstanda missiyalarını azaltmağı, təşkilatın bəzi inkişaf proqramlarında, yeni işçilərin işə götürülməsində, həmçinin personalın maaşlarında qənaət etməyi təklif edib.