Azərbaycan nefti ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 65,85 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel azdır.
Türkiyənin Ceyhan limanında isə Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 65,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel azdır.