11 Aprel 2018 16:45
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prosesi müəyyən hazırlıq tələb edir.

Teleqraf.com xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov deyib.

Maliyyə nazirinin sözlərinə gröə, hazırda bankın sağlamlaşdırılması prosesi artıq başa çatıb.

S.Şərifov deyib: "Biz artıq bankın sağlamlaşdırlması və bankın balansında olan tiksik aktivlərin restrukturizasiyası prosesini başa çatdırmışıq".

Maliyyə naziri bankın maliyyə vəziyyətini stabil qiymətləndirib.

O deyib: "Yaxın vaxtlarda bank 2017-ci il üçün auditdən keçmiş maliyyə hesabatını dərc edəcək və hamı əmin olacaq ki, bank gəlirli maliyyə institutuna çevrilib. Bu o deməkdir ki, biz bankı özəlləşdirməyə hazırlamağa başlaya bilərik. Bu, uzun prosesdir. Biz bir neçə varianta baxmalı və variantlardan birini seçməliyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər