14 Avqust 2014 19:05
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkətinin (ARDNŞ) həyata keçirdiyi sosial yönümlü məsələlərdən biri də qaçqın və məcburi köçkünlərə mənəvi dəstək göstərilməsidir.

Şirkətin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hər il dövlət bayramları münasibəti ilə ARDNŞ təmsilçiləri Şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları təqdim edirlər.

Artıq ənənə halını almış xeyriyyəçilik missiyasına sadiq qalan ARDNŞ tərəfindən Ramazan və Qurban bayramları, eləcə də 18 oktyabr - Müstəqillik Günü münasibəti ilə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələrində və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10522 nəfər məcburi köçkünə 85228,2 kq və Tərtər rayonunda məskunlaşmış 13000 nəfər məcburi köçkünə 105300 kq, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər məcburi köçkünə 32400 kq, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə 13770 kq ərzaq yardımı göstərilib.

Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər