Azərbaycanda istirahət gününə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba):
Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx)
Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraiti yağmursuz olacaq. . Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək.
ETSN-in xəbərdarlıq edir ki, iyunun 25-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. İyunun 24-26-da bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.