12 İyul 2018 13:16
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 282 mln. 794,13 min ABŞ dolları dəyərində 548 min 024,03 ton neft məhsulları ixrac edib.

Bu barədə Teleqraf.com Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 167 min 799,39 ton və ya 44,13% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 136 mln. 796,32 min dollar və ya 1,94 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 145 mln. 997,81 min dollar dəyərində 380 min 224,64 ton neft məhsulu ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,26%-ni təşkil edib.

Bu ilin yanvar-iyun ayları ərzində xarici ticarət əməliyyatlarının həcmi isə 13 mlrd. 322 mln. 757,33 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 644 mln. 334 dollar və ya 53,52% çoxdur.

Ötən 6 ay ərzində idxal əməliyyatları 4 mlrd. 660 mln. 330,28 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1 mlrd. 250 mln. 656 min dollar və ya 36,68% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 8 mlrd. 662 mln. 427,05 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 3 mlrd. 393 mln. 678 min dollar və ya 64,41% çoxdur.

Nəticədə 4 mlrd. 2 mln. 96,77 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 6 ayı ilə müqayisədə 2 mlrd. 143 mln. 21 min dollar və ya 2,15 dəfə artım deməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər