16 Avqust 2018 20:05
2 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İran "Xəzər" birgə avtomobil zavodunda istehsal olunan avtomobillərin tezliklə Rusiya, Ukrayna və MDB ölkələrinə ixracına başlayacaqlar.

Teleqraf.com-un məlumatına görə, bunu IKCO (Iran Khodro Co.) şirkətinin Asiya, Avropa, Amerika və MDB üzrə direktoru Sabina Nobari deyib.

Hazırda bu zavodda istehsal olunan avtomobillər yalnız Azərbaycanda satılır.

S.Nobari bildirib ki, "Iran Khodro" və Azərbaycanın "AzEuroCar LLC" avtomobil şirkəti 2018-ci ilin martından Azərbaycanda 300-dən çox "Dena" ailə sedanı istehsal ediblər.

Qeyd edək ki, "Xəzər" avtomobil zavodu Neftçala Sənaye Məhəlləsində yerləşir. Bundan əvvəl zavodda "Dena", "Runna", "Soren" və "Samand" modellərinin də istehsal olunacağı deyilirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər