2018-ci ilin yanvar-avqust ayları ərzində Ukrayna 288,7 milyon dollar xam neft və qaz kondensatını idxal edib. Bu, 2017-ci ilin eyni dövründəkindən 12,9 faiz çoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Maliyyə Xidməti (UNIAN) məlumat yayıb.
Əsas neft tədarükü Azərbaycandan (94.5%), Əlcəzair (2,49 faiz), İran (1,76 faiz) və digər ölkələrdən həyata keçirilib.
Ukrayna bu dövr ərzində ən çox Azərbaycandan neft idxal edib. Ukrayna ölkəmizdən neft almaq üçün 274 milyon dollar xərcləyib.