Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janqın (Wencai Zhang) oktyabrın 21-də Azərbaycana səfər etməyi planlaşdırılır.
Oktyabrın 24-nə qədər davam edəcək səfər çərçivəsində V.Janqın maliyyə naziri Samir Şərifov, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)n icraçı direktoru Şahmar Mövsümov və hökumətin iqtisadi blokuna daxil olan digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.
Görüşlərdə Azərbaycanla ADB arasında əməkdalıq perspektivlərinin müzakirə edilməsi gözlənilir.
Qeyd edək ki, V.Janq sonuncu dəfə Azərbaycanda 2016-ci ilin noyabrı aynda olub.
ADB-nin Bakı ofisindən vitse-prezidentin səfərini "Report"a təsdiq ediblər.