9 Aprel 2019 19:16
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il üçün Azərbaycanda real iqtisadi artım 3,4%, 2020-ci ildə 3,1%, 2024-cü ildə isə 1,7% olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun “World Outlook” hesbatının aprel buraxılışında deyilir.

Hesabata görə, 2018-ci ildə bu rəqəm 1,4% olub.

“2018-ci ildə inflyasiya 2,3% təşkil edib, 2019-2020-ci illərdə isə 2,5%, 2024-cü ildə 3% olacağı gözlənilir”, - hesabatda deyilir.

Həmçinin IMF hesab edir ki, cari hesab balansı 2018-ci ildə 12,6% olduğu halda, bu il 11,7%, 2020-ci ildə 13,3%, 2024-cü ildə isə 12,8% olacaq.

İşsizlik isə qarşıdakı illərdə dəyişməyərək 5% səviyyəsində qalacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər