8 Sentyabr 2014 15:48
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-avqust aylarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 1 001,37 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozun 65,9 faizini təşkil edir.

Bu barədə Teleqraf.com Komitənin rəsmi saytına istinadən məlumat verir. Ötən ilin analoji dövrü ilə müqayisədə gömrük yığımlarından dövlət büdcəsinə daxilolmalar 12,8 faiz artıb.

Məlumata görə, yanvar-avqust aylarında gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 275,84 milyon manat, idxal edilən malların əlavə dəyər vergisi 677,08 milyon manat, aksizlər 37,73 milyon manat, yol vergisi isə 10,72 milyon manat təşkil edib.

DGK-nın xətti ilə 2014-cü il üzrə ayırmaların proqnozu 1,52 milyard manat həcmində müəyyən edilib.


Müəllif: