19 Sentyabr 2019 00:57
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) il ərzində ikinci dəfə uçot dərəcəsini azaldıb.

Teleqraf.com xəbər verir ki, tənzimləyici qurum sentyabrın 17-18-də keçirilən iclasın nəticəsinə əsasən illik baza faiz dərəcəsini 2-2,5 faizdən 1,75-2 faizə salıb.

Qərar analitiklərin əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb. FED bir qədər əvvəl də uçot dərəcəsini 0,25 faiz azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib.

Faiz azalması ABŞ prezidenti Donald Trampın uçot dərəcəsinin yüksək olması ilə bağlı tənqidləri fonunda baş verib. C.Pauel isə FED-in qərarlarının siyasi xarakter daşımadığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər