Bakının mərkəzində nəqliyyat sıxlığını azaltmaq məqsədilə şəhərətrafı dayanacaqlardan geniş şəkildə istifadə olunacaq.
ANS PRESS-in APA Economics-ə istinadən verdiy məlumata görə, nəqliyyat nazirinin müavini Musa Pənahov 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar hazırlanan geniş tədbirlər planında belə nəzərdə tutulduğunu deyib.
“Çalışacağıq ki, ölkənin başqa rayon və şəhərlərindən gələn vətəndaşlar nəqliyyat vasitələrini mümkün qədər çox şəhərətrafı dayanacaqlarda saxlasınlar. Sərnişinlərin şəhər nəqliyyatı və metrodan istifadə etməklə şəhərin mərkəzi hissələrinə getməsi təmin olunacaq. Bundan başqa, onlara oyunları ziyarət etmək üçün şərait yaradılacaq”- deyə M. Pənahov bildirib.
Nəqliyyat nazirinin müavini qeyd edib ki, I Avropa Oyunları ilə bağlı nazirliyin geniş proqramı var. M. Pənahov əlavə edib ki, proqramda nəqliyyat sahəsi ilə bağlı bütün məsələlər I Avropa Oyunlarına qədər həll olunacaq.