“Pirallahi dəniz” yatağında 1136 və 1140 nömrəli quyular qazmadan sonra istismara verilib.
Teleqraf.com ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər biri sutkalıq 5 ton neft hasilatı ilə işləyir.
Qeyd edək ki, quyular “Abşeronneft” NQÇİ-nin sifarişi ilə qazılıb.