Mədəniyyət və Turizm Nazirliyi ilə Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən 50-ə yaxın mehmanxana və mehmanxana tipli obyektlərin nümayəndələri arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşün əsas məqsədi qarşıdan gələn I Avropa yay oyunları zamanı mehmanxana və mehmanxana tipli obyektlərdə yerləşdiriləcək xarici turistlərin müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasına gəldiyi vaxtdan 3 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları ilə bağlı olub.
Bununla bağlı mehmanxana nümayəndələrinə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata düşməsi prosedurları geniş izah edilib.
Görüşün nəticəsi olaraq yeni təlimat qəbul olunub, qeydiyyatın daha rahat və çevik formada keçirilməsi yolları müzakirə edilib.
İlhamə