Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğana Moskvaya səfərinə görə təşəkkür edib.
Putin Ərdoğanla görüşün məhsuldar keçdiyini və nəticələrdən razı qaldığını deyib.
Teleqraf.com xatırladır ki, bu gün Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Görüşdə Suriyanın İdlib əyalətindəki vəziyyət müzakirə olunub.
Türkiyə Prezidentini görüşdə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Xəzinədarlıq və Maliyyə naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, habelə başqaları müşayiət ediblər.