Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,44 ABŞ dolları, yaxud 0,81% ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 53,88 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.