“Brent” markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti Londonun ICE birjasında 9,5% azalaraq, 31,16 ABŞ dollarına qədər ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, WTI markalı neftin də fyuçerslərinin qiyməti 9,5% azalaraq, 25,88 ABŞ dollarına düşüb.
Neftin qiyməti koronavirusa yoluxanların sayının artması haqqında xəbərlər fonunda enir.