1 Oktyabr 2014 12:37
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 saylı Ərazi Vergilər Departamentinin və 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən həmin idarələrin əhatə dairəsinə daxil olan rayonlarda fəaliyyət göstərən borclu vergi ödəyicilərində əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib, ümumilikdə 22 min 915 manat dəyərində əmlak siyahıya alınıb.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, 12 saylı ƏVD-nin əməkdaşları tərəfindən Göygöl rayonu, Quşqara kəndində yerləşən, fiziki şəxs Qocayeva Şərqiyyə Mustafa qızına məxsus “Arzu” mebel mağazasının fəaliyyəti araşdırılarkən, onun 4247 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb, 5000 manat dəyərində mebel və avadanlıqlar müvafiq qaydada siyahıya alınıb.

Gəncə şəhəri, Nizami küçəsi, ev 2a ünvanda yerləşən, fiziki şəxs Məmmədov Şahin Ramiz oğluna məxsus elektrik malları mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. 1044 manat vergi borcu müqabilində 540 manat məbləğində əmlak siyahıya alınıb. Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 420A ünvanda yerləşən, fiziki şəxs Mahmudov Kamil Oqtay oğluna məxsus ərzaq mağazasında da əmlakın siyahıya alınması zamanı vergi ödəyicisinin 1074 manat məbləğində borcunun təmin edilməsi məqsədilə obyektdəki 1100 manat dəyərində ərzaq məhsulları müvafiq qaydada siyahıya alınıb.

Goranboy rayonu, Boluslu kəndi, Goran 4 yol ünvanda yerləşən, fiziki şəxs Qədimov Kamran Xaliqverdi oğluna məxsus mağazada əmlakın siyahıya alınması tədbirləri keçirilib. Vergi ödəyicisinin 2727 manat məbləğində olan vergi borcunun ödənilməsi məqsədilə onun 2900 manat dəyərində olan əmlakı müvafiq qaydada siyahıya alınıb.

14 saylı ƏVİ-nin əhatə dairəsinə daxil olan Tovuz rayonu, M.F.Axundov küçəsi, 4 ünvanda yerləşən, fiziki şəxs Əliyev İsrafil Çapay oğluna məxsus yeməkxanada əmlakın siyahıya alınması tədbirləri həyata keçirilən zaman, fiziki şəxsin 1596 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə onun 12000 min manat dəyərində olan obyekti müvafiq qaydada siyahıya alınıb.

Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən, fiziki şəxs Hüseynov Zülfüqar Qəzənfər oğluna məxsus tikinti materialları mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Vergi ödəyicisinin 1367 manat məbləğində vergi borcu müqabilində 1375 manatlıq təmir-tikinti malları siyahıya alınıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər