Almaniyanın avtomobil şirkəti “BMW” 6 min işçisini ixtisar edəcək.
Teleqraf.com xəbər verir ki, avtomobil sektorunda gedən mənfi proseslə əlaqədar şirkətin istehsal xərcləri artıb.
Qənaət tədbirləri çərçivəsində işçilərin sayını azaltmağı məqsəd seçən “BMW” koronavirus epidemiyası səbəbiylə 34 min işçini qısamüddətli iş sistemi metodu ilə çalışdırır.
Firma müqavilə bağladığı işçilərin müqavilələrini uzatmayacağını da bəyan edib. Şirkət 1963-cü il təvəllüdlü işçilərə qismən pensiya təklif olunacağını açıqlayıb.
Qeyd edək ki, “BMW”nin dünya miqyasında 126 min işçisi var. Şirkət 2008-ci ildəki maliyyə böhranından bəri ilk dəfə işçilərin sayını azaldacaq.