16 İyul 2020 08:45
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 570 mindən artıq əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunub.. Yaradılmış proqram təminatı sayəsində qrafiklər “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunur. Suvarmaya dair problemlərin operativ qaydada həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə “Azmelsutəsərrüfat” ASC-nin fəaliyyəti əlaqələndirilmiş, “Çağrı mərkəzi” (8770) yaradılıb. Çoxsaylı müraciətlərə fərdi qaydada baxılması üçün iş aparılır.

Teleqraf.com-un məlumatına görə, bunu iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Baş Nazirin müavini Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilmişdir. Su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı əvvəlki üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəricilərini əks etdirir:

"Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılmışdır. Hazırda su təsərrüfatı balansı sistemə ayrıca modul şəklində daxil edilmişdir. Eyni zamanda, su obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Növbəti mərhələlərdə aidiyyəti qurumların informasiya sistemlərinin inteqrasiyası və su obyektləri üzrə məlumatların real vaxt rejimində sistemə ötürülməsi təmin ediləcəkdir. Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər