10 Avqust 2020 17:27
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın neft ixracından əldə etdiyi gəlir yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz azalaraq 39 milyard dollara düşüb.

Teleqraf.com xəbər verir ki, məlumatı Rusiya Federal Gömrük Xidməti açıqlayıb.

Bildirilib ki, ölkədə neft ixracının həcmi ilin ilk 6 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 125 milyon tona düşüb.

Neft və qaz ixracı Rusiyada federal büdcənin təxminən 40 faizini təşkil edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər