Dünya iqtisadiyyatı koronavirus şokunu aradan qaldırmaq üçün əvvəlcədən proqnozlaşdırılandan daha sürətlə inkişaf edir.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın “Deutsche” Bankı yayıb.
Bankın İqtisadi Tədqiqatlar Birliyinin meneceri Peter Hooper müştərilərə göndərdiyi notda 2021-ci ilin ortalarına qədər qlobal ümumi daxili məhsulun (ÜDM) pandemiya öncəsi səviyyəyə qayıtmasını gözlədiklərini vurğulayıb:
"Qlobal iqtisadiyyat keçən qış və yaz dövründə COVID-19 səbəbiylə kəskin şəkildə gerilədi. İqtisadiyyatın bərpası gözlədiyimizdən daha sürətli gedir”.
“Deutsche” Bankın proqnozlarına görə, 2021-ci ildə qlobal ÜDM 5,6 faiz artacaq. Bankın əvvəlki proqnozu 5,3 faiz olub.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ötən həftə açıqladığı hesabatda qlobal ÜDM artımının 2021-ci ildə 5,0 faiz olacağını açıqlayıb.