14 Oktyabr 2014 21:42
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 151589 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,73 % çox zəng daxil olub.

Nazirliyin analitik informasiya şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, canlı əlaqə zamanı 140176 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 13,2 %-i qeydiyyat, 12,6 %-i vergi növləri, 12,2 %-i elektron imza, 11,2 %-i elektron xidmətlər, 6,6 %-i əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 3,9 %-i vergi ödəyicisinə göndərilmiş mesajlar, 3,2 %-i büdcə ilə hesablaşmalar barədə olub.

Daxil olmuş sual xarakterli müraciətlərin 4027-si barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib, onlar orta hesabla 2,4 gün ərzində cavablandırılıb.

Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 12290 dəfə vergi borcu, 6900 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib. Vergi ödəyicilərinə 1320528 məlumat xarakterli mesaj göndərilib. Onlardan 1307287-si qısa mesaj, 9135-i ikitərəfli mesaj, 4106-ı isə səsli mesaj oub. Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,02 % olub. Yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaların sayı 2 milyon 608 min 976 olub.

Naibə


Müəllif:

Oxşar xəbərlər