15 Oktyabr 2014 07:22
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neft Daşları” yatağındakı 2150 nömrəli platformadan 2151 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Teleqraf.com-a ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, quyu “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılır. Kompleks qazma işləri tresti tərəfindən Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1720 metrdir.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər