21 Oktyabr 2020 16:25
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirus yoluxmalarında erkən artım iqtisadi sahədə açıq bir risk yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) başçısı Kristina Lagarde açıqlayı.

O bildirib ki, bu, siyasətçilərin daha çox pul təşviqinə hazırlaşdıqlarını göstərir:

"Avrozonadakı bir çox elm adamları soyuq hava səbəbindən epidemiyanın noyabr və ya dekabr aylarında güclənəciyini gözləyirdi. Yoluxma sayında artım gözləniləndən təəccüblü dərəcədə erkən başladı. Bu, yaxşı işarə deyil. Virus hələ də nəzarətə götürülə bilər, əks təqdirdə ən pis ssenarilərə hazırlaşmalıyıq".

Qeyd edək ki, ECB-nin Rəhbər Şurası gələn həftə pul siyasəti ilə bağlı toplantı keçirəcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər