21 Oktyabr 2020 18:12
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın tanınmış tekstil markası “GAP” Avropadakı mağazalarını bağlayacaq.

Teleqraf.com xəbər verir ki, şirkət 2021-ci ilin iyuluna qədər Avropadakı 120 mağazasını bağlayaraq qitədən ayrılacaq.

Ötən il qarşılaşdığı maliyyə çətinliklərini aradan qaldırmaq və markanı canlandırmaq üçün Avropada 230 satış nöqtəsini bağlayan şirkət ildə 90 milyon dollar qənaət etməyi planlaşdırdığını açıqlamışdı.

Koronavirus epidemiyasının gətirdiyi məhdudiyyətlərlə satış rəqəmləri azalan şirkət bu ilin ikinci rübündə 62 milyon avro ziyana düşdüyünü bildirib.


Müəllif: Yeganə Oqtayqızı