28 Oktyabr 2020 00:26
2 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlkin hesablamalara görə, işğal altında olan ərazilərdə qızıl ehtiyyatları 132,4 tondur”.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, qızıl ehtiyatlarının hazırkı bazar qiymətləri 8 milyard ABŞ dolları edir:

“Digər filiz ehtiyyatları onu göstərir ki, işğal altında olan ərazilərimiz azad olunandan sonra ölkəmizin metallurgiya və dağ-mədən sənayesini inkişaf etdirə biləcəyik. Bu, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar əlavə gəlir gətirəcək.

İşğaldan azad olunandan ilk vaxtlarda Kəlbəcər, Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları Azərbaycan iqtisadiyyatına 2 milyard manatdan artıq əlavə dəyər qatacaq”.


Müəllif: Yeganə Oqtayqızı